Şahbuzda minaya çoban yox, qoyunlar düşüb - FOTO

Şahbuzda minaya çoban yox, qoyunlar düşüb - FOTO

Hazırda oxunan: Şahbuzda minaya çoban yox, qoyunlar düşüb - FOTO

206244

Xəbər verdiyimiz kimi, avqustun 11-də Şahbuz rayonunun Ermənistanla təmas xətti olmuş və minalardan təmizlənməmiş "Qanlıgöl" yaylağı adlanan ərazisində mina partlayışı hadisəsi baş verib. Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, hadisə nəticəsində 2005-ci il təvəllüdlü Şərur rayon sakini Bəxtiyar Sultanov müxtəlif dərəcəli xəsarətlər alıb. O, dərhal xəstəxanaya çatdırılaraq zəruri tibbi yardımlar göstərilib.

Bizim.Media xəbər verir ki, modern.az hadisə ilə bağlı bir sıra məlumatlar əldə edib.
 

MÖVZU İLƏ BAĞLI:

Naxçıvanda çoban minaya düşdü - VƏZİYYƏTİ AĞIRDIR


Məlumata görə, Bəxtiyar Sultanov çoban olub. Hadisə zamanı onun özü yox, qoyunlar minaya düşüb və o, qəlpə yarası alıb.

Hazırda reanimasiyada olan Bəxtiyar Soltanovun vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, faktla bağlı Şahbuz rayon prokurorluğunda araşdırma aparılır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO