Gəncədə qidadan zəhərlənənlərin sayı 80-i ötdü

Gəncədə qidadan zəhərlənənlərin sayı 80-i ötdü

Hazırda oxunan: Gəncədə qidadan zəhərlənənlərin sayı 80-i ötdü

206187

Gəncədə yas mərasimində qidadan zəhərlənənlərin sayı 80-i ötüb.

Gəncə Birləşmiş Xəstəxananın Abbas Səhhət adına xəstəxananın Yoluxucu Xəstəliklər şöbəsinin müdiri İradə Dəmirovanın Bizim.Media-nın yerli bürosuna verdiyi məlumata görə, müraciət edənlərin sayı durmadan artır:
 

MÖVZU İLƏ BAĞLI:

Gəncədə qidadan 55-dən çox insan zəhərləndi - FOTO

 

“Bu gün saat 16:30 radələrindən şöbəmizə qida zəhərlənməsi lə bağlı vətəndaşların kütləvi müraciəti qeydə alınıb. Onlar arasında yüngül, orta ağır və ağır olan xəstələr var. Hazırda 75-dən çox vətəndaş xəstəxanamızda yerləşdiririlib. Onların sayı artmaqda davam edir.

Abbas Səhhət adına xəstəxananın ACİL şöbəsi də xəstələrin qəbuluna başlayıb. İlkin versiyaya görə, müraciət edənlər yas mərasimində bozartma, halva, yuxa və pomidor, xiyardan istifadə ediblər. Bütün xəstələrə protokola uyğun ilkin tibbi yardım göstərilib, mədələri və bağırsaqları yuyulub, intoksikasiya əlehinə dərmanlar olunub.

Hazırda ağırlaşmış və dünyasını dəyişmiş xəstə qeydə alınmayıb”.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO