Şəkidə baş verən ağır yol qəzasında iki nəfər ölüb, daha üç nəfər isə xəsarət alıb.
Bizim.Media apa.az-a istinadən xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Şəki rayonu Çayqaraqoyunlu kəndi ərazisindən keçən hissəsində baş verib.
MÖVZU İLƏ BAĞLI:
Şəkidə ağır qəza: 2 ölü var
Hərəkətdə olan Zaqatala rayonu Mosul kənd sakini Ramin Abdullayevin idarə etdiyi “Opel” markalı minik avtomobil Həsən Ağahəsən oğlu Məhəmmədovun idarə etdiyi “Man” markalı yük maşınına çırpılıb.
Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan sürücü Ramin Abdullayev və avtomobildə olan bir nəfər qadın sərnişin hadisə yerində həyatını itiriblər.
Qəzadan sonra avtomobildə sıxılmış vəziyyətdə qalan hər iki meyit FHN-in Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə hadisə yerinə çağırılmış həkim briqadasına təhvil verilib. Minik avtomobilində olan daha üç sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar isə Yevlax Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıblar.
Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.
Bizim.Media