Mikayıl Cabbarov bürünc mükafat qazanan idmançımızı təbrik etdi - FOTO

Mikayıl Cabbarov bürünc mükafat qazanan idmançımızı təbrik etdi - FOTO

Hazırda oxunan: Mikayıl Cabbarov bürünc mükafat qazanan idmançımızı təbrik etdi - FOTO

206104

İqtisadiyyat naziri, Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında sərbəst güləş üzrə bürünc medal qazanmış Giorgi Meşvildişvili təbrik edib.

Bizim.Media xəbər verir ki, bu barədə federasiyanın başçısı "X" sosial şəbəkə hesabında yazıb.

"Olimpiya Oyunlarında güləşdə ikinci medalımızı qazandıq. Sərbəst güləşçimiz Giorgi Meşvildişvili (125 kq) böyük əzmkarlıq göstərərək Paris-2024-də bürünc medal əldə etdi. İdmançımızı, onun valideynlərini və məşqçilərimizi təbrik edirik", deyə o, qeyd edib.

Xatırladaq ki, Azərbaycanın sərbəst güləşçisi G.Meşvildişvili bürünc medal uğrunda Polşa təmsilçisi Robert Baranla üz-üzə gəlib.

Görüş təmsilçimizin 9:3 qələbəsi ilə yekunlaşıb.


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO