Mərakeş və Azərbaycan arasında vizasız rejim BU TARİXDƏN tətbiq ediləcək

Mərakeş və Azərbaycan arasında vizasız rejim BU TARİXDƏN tətbiq ediləcək

Hazırda oxunan: Mərakeş və Azərbaycan arasında vizasız rejim BU TARİXDƏN tətbiq ediləcək

206088

Avqustun 28-dən Mərakeş və Azərbaycan arasında vizadan azad edilmə haqqında saziş qüvvəyə minəcək.

Bizim.Media xəbər verir ki, Mərakeş Krallığının Azərbaycandakı səfirliyindən verilən məlumata görə, göstərilmiş tarixdən etibarən Azərbaycan vətəndaşları pasportlarının ölkəyə giriş tarixindən ən azı 180 gün müddətində etibarlı olması şərtilə Mərakeşdə 90 günə qədər qala biləcəklər.
 

Eynilə, Mərakeş vətəndaşları da Azərbaycana səfər etdikləri zaman bu qayda da vizasız imtiyazlardan yararlanacaqlar.


Qeyd edilib ki, bunun nəticəsində Mərakeş və Azərbaycan arasında mövcud səyahət, turizm və biznes mübadiləsinin əhəmiyyətli dərəcədə artırması gözlənilir.

Xatırladaq ki, avqustun 28-də Mərakeş ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 32-ci ildönümü qeyd olunur. Vizasız rejimin tətbiqinin bu tarixdə olması iki ölkəni birləşdirən qardaşlıq münasibətlərinin dərinləşməsinə qarşılıqlı sadiqliyin sübutudur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO