DYP-dən XƏBƏRDARLIQ - 600 manat cərimələnəcəksiniz

DYP-dən XƏBƏRDARLIQ - 600 manat cərimələnəcəksiniz

Hazırda oxunan: DYP-dən XƏBƏRDARLIQ - 600 manat cərimələnəcəksiniz

20607

Avtomobilinə normadan artıq yük vuran sürücülər cərimə olunacaqlar.

Bizim.Media xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi və Avtomobil Yolları Dövlət Agentliyi belə sürücülərə xəbərdarlıq edib.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Namidan Piriyev "Xəzər Xəbər"ə açıqlamasında bildirdi ki, müşahidələr zamanı bəzi fiziki və hüquqi şəxslər tərəfindən yük avtomobillərinin oxa düşən kütlə parametrlərinə dair tələblər pozulmaqla normadan artıq yükləndiyi görünür.
 

MÖVZU İLƏ BAĞLI:

DYP-dən sürücülərə MÜRACİƏT


Belə sürücülər yol təsərüfatına da ciddi ziyan vururlar. Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli deyir ki, magistral yolların kənarlarında fasiləsiz olaraq tərəzi nəzarət məntəqələri fəaliyyət göstərir.

Belə halların qarşısını almaq üçün bütün qabaqlayıcı tədbirlər görülməsinə baxmayaraq, hələ də qaydaları pozan yük avtomobili sürücüləri var.

Yükdaşıma qaydalarını pozan sürücülər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə 40 manatdan, 600 manata qədər cərimə olunacaqlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO