Göyçayda alışqan üstündə anası ilə dava edən oğul HƏBS edildi

Göyçayda alışqan üstündə anası ilə dava edən oğul HƏBS edildi

Hazırda oxunan: Göyçayda alışqan üstündə anası ilə dava edən oğul HƏBS edildi

206066

Göyçayda siqaret çəkmək üçün anasından alışqan istəyən oğul həbs edilib.

Bizim.Media "Qaynarinfo"-ya istinadən xəbər verir ki, hadisə Göyçay şəhəri, Ziya Bünyadov küçəsində baş verib.
 

Belə ki, 1985-ci təvəllüdlü Pərviz Camalov (ad-soyad şərtidir) içkili halda evə gələrək anasından siqaret çəkmək üçün alışqan istəyib. Anası ona alışqan vermədiyi üçün əsəbiləşərək evdə səs-küy salıb və mübahisə etməyə başlayıb.


Qadın bu barədə Daxili İşlər Nazirliyinin "102" xidmətinə müraciət edib.

P.Camalov barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə P.Camalova səkkiz gün müddətə inzibati həbs tətbiq olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO