Abşeronda avtomobil kanala DÜŞDÜ - Sürücünün axtarışları davam etdirilir

Abşeronda avtomobil kanala DÜŞDÜ - Sürücünün axtarışları davam etdirilir

Hazırda oxunan: Abşeronda avtomobil kanala DÜŞDÜ - Sürücünün axtarışları davam etdirilir

206048

Avqustun 9-da Sumqayıt şəhəri, Stansiya Sumqayıt adlanan ərazidə içərisində 1 nəfərin olduğu avtomobilin Taxtakörpü su kanalına düşüb. Hadisə Samur-Abşeron kanalının Şəfəq qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Abusət Əliyev yolda hərəkətdə olarkən idarəetməni itirərək kanala düşüb. Avtomobil sudan çıxarılsa da, Abusət Əliyev tapılmayıb.

Hadisə ilə əlaqədar əraziyə cəlb edilmiş Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən axtarış işləri davam etdirilir.

Bizim.Media nazirliyin saytına istinadən xəbər verir ki, hazırda batdığı ehtimal olunan 1988-ci il təvəllüdlü Əliyev Abusət Xanlar oğlunun axtarışları dalğıc-xilasedicilər tərəfindən fasiləsiz olaraq həyata keçirilir.

Əlavə məlumat veriləcək. 

Qeyd edək ki, Abusət Əliyev 44 günlük Vətən müharibəsinin iştirakçısıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO