“Bilə-bilə gərginlik yaratmaq istəyən namizədlərə yol verilməyəcək” - MSK sədri

“Bilə-bilə gərginlik yaratmaq istəyən namizədlərə yol verilməyəcək” - MSK sədri

Hazırda oxunan: “Bilə-bilə gərginlik yaratmaq istəyən namizədlərə yol verilməyəcək” - MSK sədri

206043

“Yeri oldu-olmadı namizədi cəzalandırmaq yolu tutmuruq, xoş məramları heç kəsə sui-istifadəyə şərait yarada bilməz”.

Bizim.Media xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, hansı namizəd bilə-bilə vəziyyəti gərginləşdirmək istəyir, onlar haqqında birinci Seçki Məcəlləsinin tələbinə uyğun xəbərdarlıq edilməlidir: 

“Bu xəbərdarlıq nəinki dairəyə bütün ölkəyə yayılmalıdır. Heç bir namizədin hüququ yoxdur, digər namizədin haqqına girsin. Daxili gərginlik yaratmaq istəyən namizədlərə yol verilməyəcək. Bu, DSK-ların borcudur. DSK-lar hökmən bu məsələlərlə bağlı dəqiq məlumatları bizə çatdırmalıdır. DSK məcəllənin tələbinə uyğun xəbərdarlıq edəndə də yazmalıdır ki, bu cür tədbir bir də keçirilsə, hüquq mühafizə orqanlarına müraciət ediləcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO