“Bəzi dairələrdə davaya meyilli namizədlərin olduğu müşahidə edilir”.
Bizim.Media xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Rövzət Qasımov qurumun avqustun 10-da keçirilən iclasında deyib.
Onun sözlərinə görə, bəzi namizədlər seçkiqabağı təşviqat zamanı öz rəqiblərinə qarşı xoşagəlməz ifadələr işlədirlər:
“Qaynar xətlərimizə də bununla bağlı müraciətlər daxil olur. Bu barədə dairə seçki komissiyaları ilə əlaqələr yaradılır. Bütün namizədlərə çağırış edirik ki, onlardan birinin hüququnun başladığı yerdə digərinin hüququ bitir.
Biz həmişə dairə seçki komissiyalarına da çağırış edirik ki, bütün namizədlərin hüququ qorunsun. Əgər həmin namizədlər sui-istifadə hallarına yol verərlərsə, o zaman qanunun sərt üzünü görəcəklər”.
Bizim.Media