Balı 150-dən az olmayan abituriyentlər I qrupda hansı ixtisasları seçə bilərlər?

Balı 150-dən az olmayan abituriyentlər I qrupda hansı ixtisasları seçə bilərlər?

Hazırda oxunan: Balı 150-dən az olmayan abituriyentlər I qrupda hansı ixtisasları seçə bilərlər?

206024

Meliorasiya mühəndisliyi, texnologiya müəllimliyi və ekologiya mühəndisliyi ixtisasları üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılır.

Bizim.Media Dövlət İmtahan Mərkəzinə istinadən bu barədə məlumat verir.
 

MÖVZU İLƏ BAĞLI:

V qrupların NƏZƏRİNƏ: Plan yerlərinin sayı AÇIQLANDI


Həmçinin aqromühəndislik, aqronomluq, balıqçılıq, meşəçilik, şərabçılıq, torpaqşünaslıq və aqrokimya, yerquruluşu və daşınmaz əmlakın kadastrı, zoomühəndislik ixtisasları üzrə həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlərin müsabiqəsində ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO