“Aztelekom” MMC və “Bakı Telefon Rabitəsi” MMC vətəndaşların həyat keyfiyyətinin artırılmasına töhfəsini vermək üçün ölkədə rəqəmsal imkanlara çıxışı təmin edən genişzolaqlı həllər təqdim etməyi hədəfləyir və bunun üçün əhəmiyyətli infrastruktur təkmilləşdirmələri həyata keçirir.
Bizim.Media xəbər verir ki, bu barədə “Azərtac”ın sorğusuna cavab olaraq “Aztelekom” və “Bakı Telefon Rabitəsi” MMC-lərdən bildirilib.
Məlumata əsasən, aparılan infrastruktur təkmilləşdirmələrinin məqsədi vətəndaşların yüksəksürətli internetə artan tələbatının qarşılanması və daha yüksəkkeyfiyyətli internet xidmətlərindən faydalanmasıdır.
“Qiymət siyasətimiz müştərilərimizə daha yüksək sürət və Mbit həcminə görə mümkün optimal qiymət təklif etmək şərti ilə bazar tələblərinə uyğun formalaşdırılır. Şirkətimiz bazar konyunkturasını resurslarımızın səmərəli istifadə olunması, ümumi iqtisadi vəziyyət və şirkətin maliyyə dayanıqlılığı, habelə xidmət keyfiyyətinin mütəmadi artırılması kontekstində davamlı şəkildə dəyərləndirir. Xidmət şərtlərimiz və qiymət təkliflərimiz barədə məlumatlar “İnformasiya əldə etmək haqqında” Qanunun tələblərinə müvafiq olaraq 30 gün əvvəldən şirkətlərin rəsmi veb-saytında (“Aztelekom”, “Baktelecom”) dərc edilib.
Belə ki, abunəçilərin genişzolaqlı internetə artan tələbatını nəzərə alaraq, tarif paketlərində sürət 2,5 dəfə artırılacaq. Yeni tariflərdə abunəçilər üçün minimal sürət 100 Mbit/s-dən başlayacaq və hər Mbit/s üçün ödəniş məbləği 0,45 AZN-dən 0,25 AZN-ə endiriləcək”, - deyə məlumatda bildirilib.
Tariflərlə bağlı ətraflı məlumatı “Aztelekom” üçün Fərdi müştərilər və Biznes müştəriləri linklərinə, “Baktelecom” üçün isə Fərdi müştərilər və Biznes müştəriləri linklərinə klikləməklə əldə etmək mümkündür.
Qeyd edək ki, “Aztelekom” və “Bakı Telefon Rabitəsi” (Baktelekom) MMC-lərin abunəçilərinin xidmətə qoşulma tarixi və ya qoşulduğu paketin yenilənmə tarixi avqustun 15-dək olubsa, növbəti hesablama dövrünədək heç bir əlavə ödəniş etmədən mövcud GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) tarifi ilə davam edəcəklər. “Abunəlik müddəti avqustun 10-da yenilənən müştərilərimiz növbəti hesablama dövrünə qədər 40 Mbit/s, 60 Mbit/s və 100 Mbit/s tarif paketlərinə heç bir əlavə ödəniş olunmadan əvvəlki şərtlərlə davam edəcəklər. Abunəçilər əvvəlcədən ödəniş etdikləri üçün mövcud tariflərlə davam edəcək və əlavə borc yaranmayacaq. Həm “Aztelekom” MMC-nin, həm də “Bakı Telefon Rabitəsi” MMC-nin abunəçilərinin xidmətə qoşulma tarixi və ya qoşulduğu paketin yenilənmə tarixi avqustun 15-də və sonrakı günlərə təsadüf edərsə, hesablama yeni tariflərlə qeydə alınacaq”, - deyə məlumatda qeyd olunub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:16 / 10.08.2024
İnternetin sürəti 2,5 dəfə artırılacaq – Bu TARİXDƏN
Hazırda oxunan: İnternetin sürəti 2,5 dəfə artırılacaq – Bu TARİXDƏN
Hazırda oxunan: İnternetin sürəti 2,5 dəfə artırılacaq – Bu TARİXDƏN
205989
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.