Bakıda sürücü müdirinin 100 min manatını OĞURLADI - FOTO

Bakıda sürücü müdirinin 100 min manatını OĞURLADI - FOTO

Hazırda oxunan: Bakıda sürücü müdirinin 100 min manatını OĞURLADI - FOTO

205976

Bakının Xəzər rayonunda xarici ölkələrdən birinin vətəndaşının 100.000 manatının oğurlanması barədə polisə məlumat daxil olub.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Xəzər Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən 1978-ci il təvəllüdlü Rüfət Bəkirov saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalarla müəyyən olunub ki, R.Bəkirov zərərçəkənin sürücüsüdür. O, iyulun 25-də həmin şəxsin bağ evi almaq üçün avtomobildə saxladığı 700.000 manatın yüz minini talayaraq ələ keçirib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO