“Quba-Rusiya sərhədi yolunun 181-ci kilometrliyində yerləşən Qusarçay körpüsünün yanından 2-ci alternativ yol çəkilib. Artıq nəqliyyat vasitələri həm Xudat-Rusiya sərhədi, həm də Quba istiqamətinə müvəqqəti salınmış alternativ yoldan istifadə etməklə gedirlər".
Bu barədə Bizim.Media-ya Qubadakı 5 saylı yol-istismar idarəsinin baş mühəndisi Rövşən Babayev məlumat verib.
Onun sözlərinə görə, Qusarçayda sululuq hələ azalmadığından alternativ yolu bərpa etmək mümkün deyil. Bu səbəbdən selin yuduğu alternativ yoldan 50 metr yuxarıda müvəqqəti əlavə yol açılıb.
Qeyd edək ki, iyul ayının 20-də Qusarçay körpüsünün iki aşırımı qəzalı olduğundan bərpaya dayanıb. Körpünün yanından salınmış alternativ yolu isə sel yuyub dağıtmışdı. Sürücülər deyilən istiqamətə Qusar və Xaçmaz rayonlarının ərazisindən getməli olurdular. Bu da onlara əlavə çətinlik yaradırdı.
Rövşən Babayev Qusarçay körpüsündə hazırda işlərin getdiyini vurğulayıb. Körpünün hava şəraitindən asılı olaraq iki ay müddətinə istifadəyə veriləcəyi bildirilir.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
11:00 / 10.08.2024
Qusarçay körpüsünə ikinci alternativ yol SALINDI – VİDEO
Hazırda oxunan: Qusarçay körpüsünə ikinci alternativ yol SALINDI – VİDEO
Hazırda oxunan: Qusarçay körpüsünə ikinci alternativ yol SALINDI – VİDEO
205969
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.