Müdafiə Nazirliyinin daha bir sabiq rəisi HƏBS olundu

Müdafiə Nazirliyinin daha bir sabiq rəisi HƏBS olundu

Hazırda oxunan: Müdafiə Nazirliyinin daha bir sabiq rəisi HƏBS olundu

205891

Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin sabiq rəisi polkovnik Elmar Məmmədov həbs edilib.

Bu barədə Bizim.Media-ya Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətindən Firad Əliyev məlumat verib. Onun sözlərinə görə sabiq idarə rəisi 10 gün əvvəl həbs edilən Mənzil-İstismar İdarəsinin Əsaslı və Cari Təmir bölməsinin sabiq müdiri Rəhim Laçınov və digərləri ilə əlbir olaraq xüsusilə külli miqdarda (659 min manat) dövlət vəsaitini mənimsəməkdə və külli miqdarda rüşvət almaqda ittiham olunur.

Hərbi Prokurorluğun İstintaq İdarəsində istintaq olunan cinayət işi üzrə müvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin sabiq rəisi, polkovnik Məmmədov Elmar Heybətqulu oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü, 311.3.1-ci, 341.2.3-cü və digər maddələri ilə ittiham elan edilmiş, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun təqdimatına əsasən, Bakı hərbi məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO