Deputatlığa namizəd olan daha bir vəzifəli məzuniyyətə çıxdı

Deputatlığa namizəd olan daha bir vəzifəli məzuniyyətə çıxdı

Hazırda oxunan: Deputatlığa namizəd olan daha bir vəzifəli məzuniyyətə çıxdı

205864

Növbədənkənar parlament seçkilərində deputatlığa namizəd olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Nigar Məmmədova səlahiyyətlərinin icrasını müvəqqəti dayandırıb. 

Bizim.Media xəbər verir ki, bunu “modern.az”-ın sorğusuna cavabında DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili departmentinin müdiri Elvin İbrahimov təsdiqləyib. 

"Yeni Azərbaycan Partiyası tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Nigar Məmmədovanın 48 saylı Abşeron birinci seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülüb.
 

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 130-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq qeydə alınmış namizədə müvafiq seçki komissiyasında qeydə alındığı gündən seçkilərin nəticələrinin rəsmi dərc edildiyi günədək ərizəsində göstərdiyi müddət üçün ödənişsiz məzuniyyət verilir.


Həmçinin Seçki Məcəlləsinin 70.1-ci maddəsinə əsasən, qeydə alınmış namizədin işlədiyi, qulluq etdiyi, oxuduğu, hərbi xidmətdə olduğu və ya hərbi xidmət keçdiyi dövlət orqanının, idarəsinin, təşkilatının və ya bələdiyyə orqanının, təşkilatının müdiriyyəti, hərbi hissənin komandiri müvafiq seçki komissiyasında namizədin qeydə alındığı gündən seçkilərin nəticələrinin rəsmi dərc edildiyi günədək ərizəsində və ya raportunda göstərilən müddət üçün onu işdən, tədrisdən, xidmətdən ödənilməyən məzuniyyət verilməsi əsasında istənilən gün və vaxt azad etməlidir.

Qanunvericiliyin bu müddəalarına uyğun olaraq da Nigar Məmmədovaya deputatlığa namizəd kimi qeydə alındığı gündən seçkilərin nəticələrinin rəsmi dərc edildiyi günədək ərizəsində göstərilən müddət üçün ödənişsiz məzuniyyət verilməsi təmin olunubdur",- o deyib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO