Bloklama TAKTİKASI – Bizneslərini sosial şəbəkələrdə quranları NƏ GÖZLƏYİR?

Bloklama TAKTİKASI – Bizneslərini sosial şəbəkələrdə quranları NƏ GÖZLƏYİR?

Hazırda oxunan: Bloklama TAKTİKASI – Bizneslərini sosial şəbəkələrdə quranları NƏ GÖZLƏYİR?

205819

Ötən günlərdə Türkiyədə “İnstagram” platformasının bloklanması ictimaiyyətdə birmənalı qarşılanmadı. Sosial media istifadəçiləri, bloqqerlər, influenserlər qadağadan şikayətlənirlər.

Çünki sosial media müasir dövrdə həm də satış üçün əsas vasitələrdən biridir. Nəticədə, bloklanma sosial media üzərindən satış edənlərə zərər verir. Hətta “İnstagram”ın bloklanması indiyədək Türkiyənin 6 milyard lirə itirməsinə səbəb olub. 

Təbii ki, bloklanmalara baxmayaraq, bəzi şəxslər VPN-lər vasitəsilə sosial şəbəkələrə daxil olanlara da kifayət qədərdir.
 

MÖVZU İLƏ BAĞLI:

Sosial şəbəkələr insanları reallıqdan NECƏ UZAQLAŞDIRIR? – MARAQLI DETALLAR 


Bloklama metodunun istifadəçilərə hansı təsirləri var?

Marketinq və PR üzrə mütəxəssis Safar Aslanov Bizim.Media-ya sosial şəbəkələrin bloklanmasının insanlara təsirindən danışıb:

“Hazırda dünyada 4.95 milyard insan aktiv olaraq sosial mediadan istifadə edir. Orta hesabla hər istifadəçi 6-7 sosial media platformasının aktiv istifadəçisidir. Orta hesabla hər bir istifadəçi sutkanın ən az 2-3 saatını bu və ya digər sosial media platformasında keçirir. İstifadəçilərin 40%-ə qədəri platformaları iş üçün istifadə edir. Yuxarıda sadalanan statistikaları nəzərə alsaq, sosial medianın dünya əhalisinin gündəlik fəaliyyətinin ayrılmaz hissəsi olduğunu görərik. 

Bu məsələyə 3 rakursdan baxmaq lazımdır. Adi istifadəçilər üçün çox şeyin dəyişdiyini düşünmək olmaz. Adətən istifadəçilər VPN-lərdən istifadə edirlər və ya digər platformalarda daha çox vaxt keçirirlər. Burada riskli məqam VPN isitfadəsi zamanı kibergigiyena mövzusudur. Sahibkarlar üçün isə bu ciddi problemdir. Əgər bütün kommunikasiya yalnız bir platforma üzərindən qurulubsa, burda “marketplace”ə keçid mövzusu ciddi çətinlik yaradacaq. Əgər satışlar yalnız sosial media platforması üzərində qurulubsa, bu biznesin varlığını risk altında qoya bilər”. 

Ən uzun müddət davam edən bloklanma

Mütəxəssis deyir ki, sosial media platformalarının bloklanması çox təcrübə edilib. Onun sözlərinə görə, dövlətlər əksərən öz maraqlarına görə bu addımı atırlar. Amma başqa səbəblər də ola bilər:

“Digər səbəblər isə yerli platformaların inkişafının təmin edilməsi üçündür. Məsələn, Çin hökuməti 2009-cu ildən bəri Facebook, Twitter, YouTube və Google kimi platformaları bloklayır. Bu, dünyada ən uzun müddət davam edən sosial media bloklanmalarından biridir. Çin bu platformaları əvəz etmək üçün öz yerli sosial media və axtarış motorlarını inkişaf etdirib”. 

Bəs bloklanma nəticəsində insanlara dəyən ziyan ödənilirmi?

Mütəxəssis deyir ki, belə bir təcrübə yoxdur.  

“Sosial media bloklamaları suveren dövlətlərin daxili siyasətləri və təhlükəsizlik məsələləri ilə əlaqələndirilir və bu bloklamalar beynəlxalq hüquqi çərçivədə çox vaxt dövlətlərin hüquqları daxilində qəbul edilir. Məsələn, 2014-cü ildə Türkiyə “Twitter”i blokladığı zaman, Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) bu bloklamanın ifadə azadlığı hüququnu pozduğuna qərar verdi. 

Bu qərar bloklamanın aradan qaldırılmasına səbəb oldu, amma təzminat məsələsi burada müzakirə mövzusu olmadı. Ümumiyyətlə isə dövlətlərin sosial şəbəkələri bloklaması suveren hüquqları daxilində qəbul olunduğu üçün beynəlxalq hüquq çərçivəsində təzminat tələbləri müzakirə mövzusu olmur”.

Nuray, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO