Qobustan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Ceyhun Məmmədov və Adil Comərd saxlanılıblar.
Bizim.Media xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, onlardan 3 kiloqram marixuana və tiryək aşkarlanıb. Saxlanılan şəxslər sosial şəbəkədə tanış olduqları İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb edildiklərini bildiriblər.
Araşdırmalarla A.Comərdin analoji əməlinə görə axtarışda olduğu da müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Bizim.Media