Ağdam sakinində narkotik aşkarlandı - FOTO

Ağdam sakinində narkotik aşkarlandı - FOTO

Hazırda oxunan: Ağdam sakinində narkotik aşkarlandı - FOTO

205792

Ağdamda rayon sakinində marixuana aşkarlanıb. 

Bu barədə Bizim.Media- ya Daxili İşlər Nazirliyinin (DİN) Bərdə regional qrupundan məlumat verilib. 
 

Məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövryyəsində şübhəli bilinən Vaqif Mahmudov saxlanılıb. 


Onun yaşadığı ünvana baxıș zamanı 1 kiloqrama yaxın marixuana və elektron tərəzi, eləcə də müxtəlif çaplı patronlar aşkarlanıb. Araşdırmalarla onun narkotik vasitəni satış məqsədi ilə əldə etdiyi müəyyən olunub. 

Faktla bağlı cinayət iși başlanılıb, araşdırmalar davam etdirilir. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO