Arabir yağış yağıb, şimşək çaxıb – FAKTİKİ HAVA

Arabir yağış yağıb, şimşək çaxıb – FAKTİKİ HAVA

Hazırda oxunan: Arabir yağış yağıb, şimşək çaxıb – FAKTİKİ HAVA

205791

Avqustun 9-u saat 9:00-a olan məlumata görə əvvəlcədən xəbər verildiyi kimi, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə leysan xarakterli olub. 

Bizim.Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. 

Bildirilib ki, düşən yağıntının miqdarı: Balakəndə 11 mm, Oğuz, Culfa, Şamaxıda 2 mm-dək olub. 

Əvvəlcədən verildiyi kimi, şimal-qərb küləyi arabir sarı xəbərdarlığa uyğun olaraq Culfada 19 m/s, Bakıda və Abşeron yarımadasında 18 m/s-dək güclənib. 

Neft daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 3.8 metrə çatıb. Qrız, Şabran, Şahdağda duman müşahidə olunub. 

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31, Naxçıvan MR və Aran rayonlarında 36, dağlıq rayonlarda isə 25 dərəcəyədək isti olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO