Anar Məmmədov kampaniya başlamamış təbliğat işlərinə START VERDİ - FOTOFAKT

Anar Məmmədov kampaniya başlamamış təbliğat işlərinə START VERDİ - FOTOFAKT

Hazırda oxunan: Anar Məmmədov kampaniya başlamamış təbliğat işlərinə START VERDİ - FOTOFAKT

205770

Xəbər verildiyi kimi, sentyabrın 1-də baş tutacaq növbədənkənar parlament seçkilərində namizədlərin təbliğat-təşviqat kampaniyasına avqustun 9-dan start verilir. 

Lakin Yeni Azərbaycan Partiyasının  97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsindən olan namizədi Məmmədov Anar İlyaz oğlu artıq təbliğata start verib.

Bizim.Media xəbər verir ki, bu barədə yazıçı Kəramət Böyükçöl sosial şəbəkə hesabında məlumat və foto paylaşıb.

Yazıçı sözügedən fotonun Tərtərin Borsunlu kəndində çəkildiyini yazıb.

Qeyd edək ki, Anar Məmmədov 2020-ci il 9 fevral tarixində keçirilən Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputat seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi olaraq 96 saylı Goranboy-Naftalan Seçki Dairəsindən deputat seçilib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO