Azad edilmiş ərazilərdə marşrut xətləri müsabiqəyə çıxarılır

Azad edilmiş ərazilərdə marşrut xətləri müsabiqəyə çıxarılır

Hazırda oxunan: Azad edilmiş ərazilərdə marşrut xətləri müsabiqəyə çıxarılır

205717

Bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. 

Bunlar Bakı-Laçın, Bakı-Xankəndi-Laçın, Bakı-Cəbrayıl, Bakı-Zəngilan, Bakı-Qubadlı, Sumqayıt-Qubadlı, Mingəçevir-Laçın, Horadiz-Laçın, Xocalı-Şuşa, Xankəndi-Şuşa, Xankəndi-Malıbəyli, Xankəndi-Laçın, Xocalı-Laçın, Naftalan-Suqovuşan şəhərlərarası və Bərdə 4 nömrəli şəhərdaxili avtobus marşrutlarıdır. 

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.

Sənədlər 6 sentyabr 2024-cü il saat 17:00-dək  Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Elsevər Qədimov – tel.: 050-855-53-55, e-poçt: [email protected]) qəbul ediləcək.

Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.

İddiaçıların təklifləri komissiya tərəfindən Bakı-Laçın (Zəfər yolu), Bakı-Xankəndi-Laçın, Bakı-Laçın (Laçın-Həkəri-Zəngilan yolu), Bakı-Cəbrayıl, Bakı-Zəngilan (Ağalı kəndi) istiqamətlərində 5 Lot üzrə sentyabrın 24-də;

Bakı-Qubadlı, Sumqayıt-Qubadlı, Mingəçevir-Laçın və Horadiz-Laçın istiqamətlərində 4 Lot üzrə sentyabrın 27-də;
 

Xocalı-Şuşa, Xankəndi-Şuşa, Xankəndi-Malıbəyli və Xankəndi-Laçın istiqamətlərində 4 Lot üzrə oktyabrın 1-də;


Bərdə 4 nömrəli şəhərdaxili avtobus marşrutu, eləcə də Xocalı-Laçın və Naftalan-Suqovuşan istiqamətlərində 3 Lot üzrə oktyabrın 4-də baxılacaq.

Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz.

Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO