13 universitetdə qiyabi ixtisaslar LƏĞV OLUNDU - SİYAHI

13 universitetdə qiyabi ixtisaslar LƏĞV OLUNDU - SİYAHI

Hazırda oxunan: 13 universitetdə qiyabi ixtisaslar LƏĞV OLUNDU - SİYAHI

205710

Azərbaycanda bir sıra universitetlərdə qiyabi ixtisaslar ləğv edilib.

Bizim.Media “Modern.az”a istinadən xəbər verir ki, 13 universitetdə qiyabi ixtisaslara tələbə qəbulu aparılmayacaq.

Belə ki, 2024/2025-ci tədris ilində Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət İqtisad Universitetində, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində, Azərbaycan Texniki Universitetində, Azərbaycan Memarlıq və İnşaat Universitetində, Milli Aviasiya Akademiyasında, Naxçıvan Dövlət Universitetində, Azərbaycan Dövlət Aqrar Universitetində, Azərbaycan Texnologiya Universitetində, Sumqayıt Dövlət Universitetində, Mingəçevir Dövlət Universitetində, Lənkəran Dövlət Universitetində, Azərbaycan Kooperasiya Universitetində əsasən mühəndisliklə bağlı ixtisaslarında (geologiya, qida, sənaye, neft-qaz, elektrik, maşın, metallurgiya və sair) qiyabi təhsilalma forması olmayacaq.

Həmçinin BDU-da kompüter elmləri ixtisasında da qiyabi formaya qəbul mümkün olmayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO