Kompüter və smartfonlarımızı viruslardan necə QORUYAQ? – MÜHÜM MƏQAMLAR

Kompüter və smartfonlarımızı viruslardan necə QORUYAQ? – MÜHÜM MƏQAMLAR

Hazırda oxunan: Kompüter və smartfonlarımızı viruslardan necə QORUYAQ? – MÜHÜM MƏQAMLAR

205709

Müasir dünyamızda təhlükəsizlik baxımından, kompüter, telefon və s. digər texniki avadanlıqların kənar müdaxilə və viruslardan qorunması çox vacib bir məsələdir. Lakin bu sahədə bir çox doğru bilinən yanlışlar da var.

Bəs kiber viruslardan qorunmaq üçün hansı məqamlara xüsusi diqqət etməliyik?

İT mütəxəssis Araz Əhmədov bu barədə Bizim.Media-ya danışıb. O, texniki avadanlıqlarımızı viruslardan qorumağın yollarını sadalayıb.

- Kompleks və müxtəlif simvollar da daxil olmaqla güclü parollardan istifadə etmək;

- Parolları görünən (visible) halda deyil, təhlükəsiz və görünməz halda yaddaşda saxlamaq üçün (Keepass, Bitwarden, 1password və s. güclü) təhlükəsiz proqramlardan istifadə etmək;

- Əməliyyat sistemi və proqramları müntəzəm olaraq (versiya baxımından) yeniləmək, bu yenilənmələrin avtomatik şəkildə həyata keçirilməsini təmin etmək;

- Rəsmi və lisenziyalı (Avast, ESET NOD32, Trend Micro, Bitdefender, McAfee və s.) antivirus proqramlarından istifadə etməklə mütəmadi olaraq telefon və kompüteri virus təhlükəsinə qarşı skan etmək;

- Kənar şəbəkələrdə daha güvənli internet bağlantısını təmin etmək üçün rəsmi "VPN" proqramlarından istifadə etmək;

- Tanımadığınız mənbələrdən daxil olan e-poçtları açmamaq və şübhəli "link"-lərə klik etməmək.

Beləliklə, bu və ya digər təhlükəsizlik tədbirlərini məsuliyyətlə tətbiq edərək kompüter, telefon və digər texniki avadanlıqları kənar müdaxilə, virus və risklərdən qorumaq mümkün ola bilər.



QEYD: Material Medianın İnkişafı Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının 6.3.13. informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi - bəndinə uyğun olaraq hazırlanıb.

Nuray, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO