139 uşaq öz ailələrinə QAYTARILDI

139 uşaq öz ailələrinə QAYTARILDI

Hazırda oxunan: 139 uşaq öz ailələrinə QAYTARILDI

205669

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən 2024-cü ilin ötən dövründə dövlət uşaq müəssisələrindən 139 uşaq öz ailələrinə qaytarılıb.

Bizim.Media agentliyə istinadən xəbər verir ki, reinteqrasiya tədbirləri nəticəsində ailələrinə geri verilən uşaqlardan 75-i oğlan, 64-ü qızdır.

Əlavə edilib ki, bu il 100 uşaq övladlığa verilib. Onlardan 46 nəfəri oğlan, 54 nəfəri qızdır.

Qeyd edək ki, uşaqların övladlığa verildiyi ailələrdə vəziyyətinin öyrənilməsi üçün onlar 18 yaşına çatanadək övladlığagötürmənin birinci ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə olmaqla monitorinqlər aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO