İki il sonra nəşi tapılan hərbçi Ağdamda dəfn olundu – FOTO

İki il sonra nəşi tapılan hərbçi Ağdamda dəfn olundu – FOTO

Hazırda oxunan: İki il sonra nəşi tapılan hərbçi Ağdamda dəfn olundu – FOTO

205667

Şəhid Məmmədov Fərid Əjdər oğlu Quzanlı şəhidlər xiyabanında dəfn edilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yaylım atəşının sədaları altında icra olunan mərasimdə insan izdihamı yaşanıb.

Tabutun büküldüyü üç rəngli Azərbaycan bayrağı şəhidin atası Əjdər Məmmədova təhvil verilib.

Şəhidin əziz ruhuna dualar oxunub, ehtiram əlaməti olaraq məzar önünə gül dəstələri və əklil qoyulub.

Xatırladaq ki, Fərid Əjdər oğlu Məmmədov və Firdovsi Mais oğlu Abdullayev 2022-ci il martın 3-də Laçın rayonunda yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək itkin düşüb. Onların meyitlərinin qalıqları 2024-cü il iyulun 3-də Kəlbəcər rayonu, İstisu qəsəbəsindəki Yüzbulaq yaylağının ərazisində tapılıb.

Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında təmsil olunan aidiyyəti dövlət qurumları tərəfindən aparılmış axtarış-araşdırma işləri nəticəsində 3 iyul 2024-cü ildə Kəlbəcər rayonu, İstisu qəsəbəsindəki Yüzbulaq yaylağının ərazisində Azərbaycan Ordusunun iki hərbçisinə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinin Genetik Araşdırmalar Mərkəzində həyata keçirilmiş ekspertizalar nəticəsində qalıqların 3 mart 2022-ci ildə Laçın rayonunda yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək itkin düşmüş Azərbaycan Ordusunun əsgərləri - 23.05.2003-cü il təvəllüdlü Məmmədov Fərid Əjdər oğlu və 09.02.2003-cü il təvəllüdlü Abdullayev Firdovsi Mais oğluna aid olduğu müəyyən edilib.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO