Qobustandakı yol qəzası ilə bağlı cinayət işi açılıb, ölən sürücünün kimliyi məlum olub

Qobustandakı yol qəzası ilə bağlı cinayət işi açılıb, ölən sürücünün kimliyi məlum olub

Hazırda oxunan: Qobustandakı yol qəzası ilə bağlı cinayət işi açılıb, ölən sürücünün kimliyi məlum olub

205659

Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində ağır yol qəzası ilə bağlı cinayət işi başlanılıb, ölən sürücünün kimliyi məlum olub.

 

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib.

 

Qeyd edilib ki, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.

 

Bildirilib ki, hadisə zamanı ölən şəxs Heydərov Nizami Qədir oğludur.

 

Xatırladaq ki, yol-nəqliyyat hadisəsi bu gün Bakı-Qazax yolunun 55-ci km-də qeydə alınıb.

 

Belə ki, "Opel” markalı, 99-BH-926 dövlət qeydiyyat nişanlı, “Mercedes” markalı, 99-ZD-593 dövlət qeydiyyat nişanlı və “KamAZ” markalı, 42-CB-514 dövlət qeydiyyat nişanlı avtomobillər toqquşub. Hadisə nəticəsində avtomobillərdə yanğın başlayıb.

 

Əraziyə dərhal BDYPİ-nin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib. Daha sonra yanğın söndürülüb.

 

Nəticədə “Mercedes” markalı yanacaqdaşıyan avtomobilin sürücüsü həyatını itirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO