Banqladeşdə həbsxanadan 200-dən çox məhbus qaçdı

Banqladeşdə həbsxanadan 200-dən çox məhbus qaçdı

Hazırda oxunan: Banqladeşdə həbsxanadan 200-dən çox məhbus qaçdı

205583

Banqladeşin şərqində yerləşən Qazipur şəhərindəki Kaşimpur ciddi rejimli həbsxanasından kütləvi məhbus qaçışı baş verib.

Bizim.Media xəbər verir ki, bu barədə “Jago news” portalı məlumat yayıb.

“209 məhbus qaçmağa müvəffəq olub, onlardan 6-sı insident zamanı güllələnib”, - məlumatda deyilir.

Həbsxana nümayəndəsi Subrat Kumar bildirib ki, məhbuslar qaçmaq üçün çərşənbə axşamı günortadan sonra qiyam qaldırıblar. Həbsxana mühafizəçiləri müdaxilə edən zaman məhbuslar onlara hücum ediblər.

Vəziyyətin yalnız ordunun köməyi ilə sabitləşdirildiyi qeyd edilir.

Xatırladaq ki, avqustun 5-də Banqladeşdə hökumət əleyhinə kütləvi etirazlar zamanı dəyənək və daşlarla silahlanmış izdiham ölkənin şimalındakı Şerpur dairəsinin həbsxanasına basqın edib və qarışılıqlı zamanı 500 məhbus oradan qaça bilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO