Türkiyədən Azərbaycana gətirilən iş adamının məhkəməsi bu tarixdə KEÇİRİLƏCƏK

Türkiyədən Azərbaycana gətirilən iş adamının məhkəməsi bu tarixdə KEÇİRİLƏCƏK

Hazırda oxunan: Türkiyədən Azərbaycana gətirilən iş adamının məhkəməsi bu tarixdə KEÇİRİLƏCƏK

205552

Ötən il iqtisadçı Qubad İbadoğlunun işi ilə bağlı Türkiyədə tutularaq ölkəyə gətirilən azərbaycanlı iş adamı Fazil Qasımovun məhkəməsinin vaxtı məlum olub.

Bizim.Media report.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək hazırlıq iclası avqustun 15-nə təyin olunub.

Cinayət işinə hakim Mahirə Kərimovanın icraatında baxılacaq.

Qeyd edək ki, F.Qasımov ötən ilin avqust ayında Türkiyədə saxlanılaraq Azərbaycana gətirilib.

Ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

İstintaqın sonunda Fazil Qasımovun işi Qubad İbadoğlunun işindən ayrılıb. Q.İbadoğlunun işi ayrıca icraata götürülüb.

Bir sıra KİV-də yayılan məlumatlara görə, o, FETÖ terror təşkilatına işləməkdə təqsirləndirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO