“Patron”un içindən ölü siçan çıxıb? – AÇIQLAMA – FOTO

“Patron”un içindən ölü siçan çıxıb? – AÇIQLAMA – FOTO

Hazırda oxunan: “Patron”un içindən ölü siçan çıxıb? – AÇIQLAMA – FOTO

205541

Günəbaxan tumunun içindən siçan çıxması ilə bağlı görüntülər müzakirələrə səbəb olub. 

Bizim.Media “qafqazinfo.az”a xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçilərindən biri paylaşım edib.

Paylaşımda bildirilib ki, “Patron” tumunun içindən ölü siçan çıxıb: “İyrəndiyim üçün hələ də özümdə deyiləm. Belə hal necə yaşana bilər? Siz insanlara nə cür məhsul satırsız?”

Yayılmış iddialarla bağlı “Vəkiloğlu” MMC-yə məxsus “Patron” şirkətinin marketinq şöbəsinin direktoru Elvin Nasir iddiaları təkzib edib: “Bu kimi paylaşımlar çox zaman olur. Tum 200 dərəcədə qovrulur, 2-3 mm-lik lazerlərdən keçir və böyük bir nümayəndənin, yəni 10 nəfər nəzarətçinin yanından paketlənməyə gedir. Tumun içindən onun çöpü çıxa bilər, xırda daş çıxa bilər. Amma siçanın çıxması absurddur.

Hazırda müasir texnologiyalardan istifadə edirik. Siçanın 2-3 mm-dən keçməsi, 200 dərəcədə elə qalması mümkün deyil. Biz bu işə hüquqi baxımdan yanaşacağıq. İstənilən şəxs gəlib istehsal prosesinə baxa bilər. Deyilənlərin məntiqi olmadığını görmək çətin deyil. Ola bilsin ki, bu, qarayaxma kampaniyasıdır. Əgər belə hal olsaydı, Qida Agentliyi bizə istehsalı qadağan edərdi. Çünki hazırda bu mövzularda çox ciddi nəzarət var. Biz bütün avadanlıqlarımızı yeniləmişik. Belə hal mümkün deyil”.

Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentiyindən (AQTA) bildirilib ki, hazırda məsələ araşdırılır:

“Qeyd olunan məsələ Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarətə götürülüb. Məlumat sosial şəbəkələrdən götürülərək araşdırmalara başlanılıb. Araşdırmanın nəticəsi ilə bağlı ətraflı məlumat veriləcək”.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO