Avtomobil sürmək istəyən qadınlar üçün YENİ TƏLƏB

Avtomobil sürmək istəyən qadınlar üçün YENİ TƏLƏB

Hazırda oxunan: Avtomobil sürmək istəyən qadınlar üçün YENİ TƏLƏB

205484

Türkmənistanda sürücülük vəsiqəsi əldə etmək istəyən qadınlar üçün yeni qaydaların müəyyən edildiyi bildirilir.


Sfera.az xəbər verir ki, yeni qaydalara görə, avtomobil sürmək istəyən qadınlardan nigah haqqında şəhadətnamə və iş yerindən arayış tələb olunur.

 

Bundan başqa qeyri -rəsmi olaraq bu məsələdə qadınlara yaş həddinin tətbiq olunduğu da bildirilir və qeyd olunur ki, Türkmənistanda avtomobil sürmək istəyən qadının yaşı 40-dan aşağı olmalıdır.

 

Yaş həddi məhdudiyyətindən əlavə qadınlar etibarnamə ilə də avtomobil sürə bilməzlər. Belə ki, qadının idarə etdiyi avtomobil onun öz adına rəsmiləşdirilməlidir.

 

Türkmənistanda sürücülük vəsiqəsi əldə etmək arzusunda olanlardan ümumilikdə 13 sənədin tələb olunduğuğu bildirilir. Yazıda qeyd olunur ki, Türkmənistan hökuməti ölkədə qadın-kişi bərabərliyinin təmin edilməsi üçün real səylər göstərdiyini bəyan etsə də faktiki bir-neçə ildir türkmən qadınlarının hüquqları ciddi şəkildə məhdudlaşdırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO