Xaçmazın 9 kəndində işıq olmayacaq

Xaçmazın 9 kəndində işıq olmayacaq

Hazırda oxunan: Xaçmazın 9 kəndində işıq olmayacaq

205475

Bu gün Xaçmaz rayonunun Yalama, Xanoba, Ləcət, Gilahoba, Yaquboba, Düztahiroba, Ukuroba, Tel, Ortaoba kəndlərində elektrik enerjisinin verilməsində məhdudiyyətlər olacaq. 

Bizim.Media bu barədə "Azərişıq" ASC-yə istinadən xəbər verir. 
 

Məlumata görə, rayonda elektrik enerjisinə artan tələbat nəzərə alınaraq "Yalama" 110/35/10 kV-luq yarımstansiyasında həyata keçirilən təmir işləri ilə əlaqədar bu gün elektrik xətləri sifarişə əsasən açılacaq.


Bununla əlaqədar elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra sözügedən kəndlər elektrik enerjisi ilə tam təmin olunacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO