QALMAQAL: Çempionlar Liqasının matçına gedən hakimlər saxlanıldı

QALMAQAL: Çempionlar Liqasının matçına gedən hakimlər saxlanıldı

Hazırda oxunan: QALMAQAL: Çempionlar Liqasının matçına gedən hakimlər saxlanıldı

205406

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Dinamo Kiyev” - “Reyncers” matçının VAR hakimi Bartoş Frankovski və AVAR hakimi Tomaş Musial Polşada saxlanılıb.

Bizim.Media xəbər verir ki, xəbər verir ki, bu barədə  “TVP Sport” məlumat yayıb.

İddialara görə, buna səbəb onların içkili halda yol nişanını yerindən çıxarması olub. 

Yerli polisin sözlərinə görə, küçədə yol nişanını yerindən çıxararaq daşıyan üç nəfərin olması barədə məlumat alıblar:

“Hadisə yerinə polis əməkdaşları göndərilib. Onların hamısı sərxoş olub və qanlarında spirt aşkar edilib”.
 

Polşa Futbol Assosiasiyası bəyan edib ki, bu məlumat təsdiqlənərsə, hakimlərlə müqaviləyə xitam verilməsi barədə qərar qəbul ediləcək.


Qeyd edək ki, UEFA sözügedən görüşə yeni hakimlər təyin edib. Onları Tomas Kviatkovski və Pavel Malek əvəzləyəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO