Sosial şəbəkə hesabında öz övladını satmaq üçün video paylaşım edən ana ilə bağlı tədbir görülüb.
Bizim.Media xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, komitəyə daxil olan məlumat əsasında ətraflı araşdırma başlanılıb:
“Uşağın hüquqlarının müdafiəsi məqsədilə əməli tədbirləri dərhal həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Nəsimi Rayon İcra Hakimiyyətinin əməkdaşlarının iştirakı ilə təxirəsalınmaz tədbirlər görülmüş, azyaşlının dövlətin himayəsinə alınması təmin edilib. Bu kimi halların qarşısının vaxtında alınmasına müvəffəq olmaq üçün hər kəsi ətrafında baş verən hadisələrə həssaslıqla yanaşmağa və dərhal aidiyyəti qurumlara məlumat verməyə çağırırıq”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:53 / 06.08.2024
Ana övladını sosial şəbəkədə SATMAQ İSTƏDİ – Uşaq dövlət himayəsinə alındı
Hazırda oxunan: Ana övladını sosial şəbəkədə SATMAQ İSTƏDİ – Uşaq dövlət himayəsinə alındı
Hazırda oxunan: Ana övladını sosial şəbəkədə SATMAQ İSTƏDİ – Uşaq dövlət himayəsinə alındı
205379
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.