Sürücülərin NƏZƏRİNƏ – Zərifə Əliyeva küçəsində təmir işləri aparılır – FOTO/VİDEO

Sürücülərin NƏZƏRİNƏ – Zərifə Əliyeva küçəsində təmir işləri aparılır – FOTO/VİDEO

Hazırda oxunan: Sürücülərin NƏZƏRİNƏ – Zərifə Əliyeva küçəsində təmir işləri aparılır – FOTO/VİDEO

205370

Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsində (Puşkin küçəsindən K.Səfərəliyeva küçəsinədək) aparılan təmir işləri davam etdirilir.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

“Yerinə yetirilən işlər çərçivəsində küçənin köhnə asfalt-beton örtüyünün frezlənməsi artıq yekunlaşıb. Hazırda ərazidə asfaltlanma işləri aparılır.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən sonda sözügedən hissədə yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması və üfüqi nişanlanma xətlərinin çəkilişi işləri icra olunacaq.

Təmir işlərinin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulur. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib”, - deyə məlumatda qeyd olunub.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO