Beyləqanın Qəhrəmanlı qəsəbəsinin məktəbi nə vaxt təmir olunacaq? – RƏSMİ AÇIQLAMA – FOTO

Beyləqanın Qəhrəmanlı qəsəbəsinin məktəbi nə vaxt təmir olunacaq? – RƏSMİ AÇIQLAMA – FOTO

Hazırda oxunan: Beyləqanın Qəhrəmanlı qəsəbəsinin məktəbi nə vaxt təmir olunacaq? – RƏSMİ AÇIQLAMA – FOTO

205366

Yeni yədris ilinin başlamasına sayılı günlər qalıb, bəzi təhsil müəssiələrinin binaları təmir olunaraq yeni tədris ilinə hazırlanıb. Təəssüf ki, bölgələrdə bəzi məktəblər yeni tədris ilinə əvvəlki illərdə olduğu kimi şəraitsizliklə başlamalı olacaqlar.

Beyləqan rayon Qəhrəmanlı qəsəbə məktəbi kimi...

Sözügedən məktəb binasının tədrisə yararsız olması kənd sakinlərini narahat edir. Belə ki, 360 şagird yerlik olan binada 221 nəfər şagird şəraitsiz vəziyyətdə  təhsil alır.

Bizim.Media-nın yerli bürosuna danışan qəsəbə sakini Alim Bayramov tədris ocağında tək narahatlıq doğuran halın gecikən əsaslı təmir işlərinin olduğunu qeyd edib:


"Məktəbimizdə tədris çox yaxşıdır. Həmçinin təhsil sahəsində uşaqlarımızın yaxşı nəticələri var. Məsələn, 660 və 624 balla ali məktəblərimizdə təhsil alan uşaqlarımız var. Yəni tədris çox yaxşıdır. Ancaq məktəb binasındakı şərait ürəkaçan deyil. Yaxşı olardı ki, məktəb binamız da əsaslı təmir olunsun".

Kənd sakini Bəxtiyar Sərdarov da digər həmyerlisi kimi qəsəbə məktəbindəki pedaqoji kollektivin fəaliyyətindən razıdır. Ancaq onun da tək arzusu kənd məktəbinin əsaslı təmir olunmasıdır.

Məktəb nə vaxt təmir olunacaq?


Məslənin həlli ilə bağlı rəsmi münasibət öyrənmək üçün Mil-Muğan regional təhsil idarəsinin Beyləqan rayon təhsil sektoruna üz tutduq. Sektor müdiri Elvin Abbasov sözügedən məsələdən xəbərdar olduğunu və məktəbin yaxın gələcəkdə, aidiyyəti üzrə vəsait ayrıldıqda əsaslı təmir olunacağını bildirib. E.Abbasov həmçinin sözügedən məktəbdə aşağı yaş qruplarından olan şagirdlər üçün sinif otağının təmir olduğunu da diqqətə çatdırıb.

Qeyd edək ki, şəhid Tağı Məmmədov adına Qəhrəmanlı qəsəbə tam orta məktəbinin inzibati binası 1964-cü ildə inşa olunmağa başlayıb. Həmin dövrdən indiyə qədər məktəbdə nəzərə çarpan iki təmir işi aparılıb. İlk olaraq, 1989-cü ildə məktəb binasında yanğın baş verdiyi üçün binanın dam örtüyü yenilənib. Bundan sonra isə 2017-ci il də məktəb yeni dam örtüyü ilə təmin edilib. Həmçinin ibtidai sinif şagirdləri üçün sinif otağı yaradılıb.















Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO