Bakıda restorandan 13 min manat oğurlandı

Bakıda restorandan 13 min manat oğurlandı

Hazırda oxunan: Bakıda restorandan 13 min manat oğurlandı

205320

Bakıda qadın restorandan içərisində 13 min manat və qızıl olan çanta oğurlamaqda şübhəli bilinir.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, iyulun 29-da paytaxtın Səbail rayonu ərazisində yerləşən restoranların birindən içərisində 12750 manat və qızıl qolbaq olan çantanın oğurlanması barədə polisə məlumat daxil olub:

"Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Vəfa Bəylərova müəyyən olunaraq saxlanılıb".

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO