Metronun “20 Yanvar” stansiyasında oğurluq etməkdə şübhəli bilinən qadın saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Polis İdarəsi və Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri tədbirlərlə paytaxt sakininin 350 manat dəyərində mobil telefonunu oğurlamaqda şübhəli bilinən əvvəllər də oğurluqla əlaqəli cinayətə görə məhkum olunmuş 1995-ci il təvəllüdlü Güldanə Məmmədova saxlanılıb.
Araşdırmalarla onun iyulun 18-də paytaxtın Nizami rayonu ərazisində 3500 manat dəyərində mobil telefon oğurlaması da müəyyən olunub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:56 / 06.08.2024
Metroda cibgirlik edən qadın SAXLANILDI
Hazırda oxunan: Metroda cibgirlik edən qadın SAXLANILDI
Hazırda oxunan: Metroda cibgirlik edən qadın SAXLANILDI
205313
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.