Bəzi abituriyentlər vaxtından əvvəl ixtisas seçimi ediblər - VİDEO

Bəzi abituriyentlər vaxtından əvvəl ixtisas seçimi ediblər - VİDEO

Hazırda oxunan: Bəzi abituriyentlər vaxtından əvvəl ixtisas seçimi ediblər - VİDEO

205234

Ali məktəblərə ixtisas seçimi rəsmi olaraq başlamayıb. Amma buna baxmayaraq, bəzi abituriyentlər kağız üzərində olsa da, seçim ediblər.

Bizim.Media xəbər verir ki, təhsil eksperti Adil Vəliyev bunun olduqca riskli olduğunu düşünür.

O bildirir ki, hələlik ixtisas seçimi rəsmi olaraq başlamayıb. Həmçinin abituriyentlərin uğurlu ixtisas seçimi üçün nəzərdə tutulan statistika jurnalı və “Abituriyent” jurnalı da nəşr olunmayıb.

Onun sözlərinə görə, valideynlər və mütəxəssislər mütləq şəkildə ixtisas seçimi zamanı statistika jurnalı və yeni çıxacaq “Abituriyent” jurnalına istinad etməlidirlər.

Ekspertin fikrincə, statistika jurnalı və “Abituriyent” jurnalının son sayı çıxmadan aparılan seçimlər illərlə əziyyət çəkib, ali məktəb xəyalı quran abituriyenti universitetdən kənar qoya bilər. Çünkü statistika jurnalında abituriyentlərin topladığı balın statistikası, “Abituriyent” jurnalında isə plan yerləri ilə bağlı məlumatlar əks olunur.

Qeyd edək ki, ixtisas seçimi bu il 9-19 avqust tarixində aparılacaq.

Daha ətraflı videomaterialda:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO