MSK-da bu gün hansı məsələlər müzakirə edildi?

MSK-da bu gün hansı məsələlər müzakirə edildi?

Hazırda oxunan: MSK-da bu gün hansı məsələlər müzakirə edildi?

205220

Avqustun 5-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.

Bizim.Media xəbər verir ki, əvvəlcə Komissiyanın avqustun 3-də keçirilən iclasının protokolu təsdiq edilib.

Sonra 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə beynəlxalq müşahidə missiyası təmsilçilərinin və maraqlı subyektin özünün də bilavasitə iştirakı ilə Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətə baxılıb. Komissiya üzvlərinin geniş müzakirəsindən sonra müraciətin təmin olunmasına və namizədliyin imtinası ilə bağlı müvafiq dairə seçki komissiyasının qərarının ləğv edilərək, şəxsin Milli Məclisə seçkilərdə namizədliyinin qeydə alınmasına qərar verilib.

Media mənsubları tərəfindən operativ şəkildə işıqlandırılan iclasda, həmçinin Milli Məclisə seçkilərlə əlaqədar ardıcıl, sistemli və intensiv davam edən ümumrespublika miqyaslı maarifləndirmə tədbirləri barədə ətraflı məlumat verilib, proseslərin gedişinə dair statistik göstəricilər diqqətə çatdırılıb və cari məsələlərə baxılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO