Anası azərbaycanlı olan türkiyəli astronavt Laçında - FOTO

Anası azərbaycanlı olan türkiyəli astronavt Laçında - FOTO

Hazırda oxunan: Anası azərbaycanlı olan türkiyəli astronavt Laçında - FOTO

205216

Anası azərbaycanlı olan Türkiyə astronavtı Tuva Cahangir Laçın şəhərinə gəlib.

Bizim.Media xatırladır ki, Atasever 1992-ci ildə Ankarada anadan olub. Bilkent Universitetinin Elektrik və Elektronika Mühəndisliyi fakültəsini bitirib. Daha sonra Kaliforniya Universitetində elektrik və elektronika mühəndisliyi üzrə magistr təhsili alıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 29 aprel 2023-cü il tarixində Atatürk Hava Limanında başlayan dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan TEKNOFEST-dəki çıxışında Alper Gezeravcının ilkin, Tuva Cihangir Ataseverin ehtiyat kosmos səyahətçisi olacağını açıqlamışdı.

T.C.Atasevərin anası Məlahət Atasevər mətbuata açıqlamasında oğlunun gənclərə örnək olacağını bildirmişdi: “Əminəm ki, Türkiyə və Azərbaycanın sıx əməkdaşlığı tezliklə kosmik sahəyə də keçəcək. Mənim oğlum Azərbaycanın da ilk astronavtıdır”.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO