Daha hansı ixtisaslar üzrə qabiliyyət imtahanına EHTİYAC var? – Mühüm AÇIQLAMA

Daha hansı ixtisaslar üzrə qabiliyyət imtahanına EHTİYAC var? – Mühüm AÇIQLAMA

Hazırda oxunan: Daha hansı ixtisaslar üzrə qabiliyyət imtahanına EHTİYAC var? – Mühüm AÇIQLAMA

205194

Azərbaycanda abituriyentlərdən bəzi ixtisaslara buraxılışla  yanaşı qabiliyyət imtahanı da tələb olunur. Belə ki, hər il Dövlət İmtahan Mərkəzi tərəfindən “Jurnalistika” ,”Təsviri sənət”, “Musiqi sənəti”, “Memarlıq”, “Teatr kino və xareoqrafiya sənəti”, ”Bədən tərbiyəsi və idman” ixtisasları üzrə qabiliyyət imtahanı keçirilir və abituriyentlərin bu sahələr üzrə  bacarıqları müəyyən formada yoxlanılır. 

Bəs daha hansı ixtisaslar üzrə qabiliyyət imtahanının keçirilməsinə ehtiyac var? Qabiliyyət imtahanlarının önəmi nədir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan təhsil eksperti Adil Vəliyev qabiliyyət imtahanlarını və onların keçirilmə üsullarıyla bağlı verilən qərarları düzgün hesab edir: 

“Xüsusilə, V qrup üzrə olan ixtisasların bir çoxuna qabiliyyət imtahanı tələb edildiyi üçün burada təhsil almaq istəyən abituriyentlər həmin sahə üzrə müəyyən qabiliyyətlərə malik olmalı və imtahana hazırlaşmalıdırlar. Çünki bu qrupdakı ixtisaslar digər qruplardakı ixtisaslardan çox fərqlənir. Məsələn, idmanla bağlı olan ixtisaslar var ki, buradakı qabiliyyət göstəriciləri əsasən fiziki göstəricilərdir’. 

Daha hansı ixtisaslar üzrə qabiliyyət imtahanına ehtiyac var? 

Ekspertin fikrincə, yuxarıda sadalanan ixtisaslardan başqa digər ixtisaslar üzrə qabiliyyət imtahanına ehtiyac yoxdur:

“Çünki qabiliyyət tələb edən ixtisaslar yetərlidir. Digər ixtisaslarda oxuyan tələbələr əsas olaraq həm təhsil aldıqları müddətdə, həm də ali məktəbi bitirdikdən sonra qabiliyyətlərini inkişaf etdirməlidirlər ki, əmək bazarında rahat şəkildə iş tapa bilsinlər’.

Nəzrin Mirzəyeva, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO