Bərdədə baş verən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.
Bizim.Media-nin yerli bürosu xəbər verir ki, qətli törətməkdə şübhəli bilinən Azər İbrahimovun atası Rəşid İbrahimov bununla bağlı jurnalistlərə danışıb.
MÖVZU İLƏ BAĞLI:
Bərdədə ailə dramı: Kişi qardaşı arvadını qətlə yetirdi
Onun sözlərinə görə, qanlı hadisə azyaşlı nəvəsinin gözü önündə törədilib:
"Səhər-səhər idi, durdum. Gördüm ordan baltanı götürdü. Dedim, yəqin gedir nəsə bir iş görməyə. Fikir vermədim. Sonra da balaca qız dedi ki, “anamı öldürdü, anamı öldürdü”. İçəri girib gördüm ki, baltalayıb...”
Xatırladaq ki, avqustun 5-də səhər saatlarında Bərdə rayonu Kələntərli kəndində 1991-ci təvəllüdlü İbrahimova Sədaqət Rauf qızının kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Qadının qayını 1995-ci il təvəllüdlü İbrahimov Azər Rəşid oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə şübhəli şəxs qismində saxlanılıb.
İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib.
Bizim.Media