Hansı qidalar böyrəklərdə daş YARADIR? - Tanınmış uroloqdan XƏBƏRDARLIQ

Hansı qidalar böyrəklərdə daş YARADIR? - Tanınmış uroloqdan XƏBƏRDARLIQ

Hazırda oxunan: Hansı qidalar böyrəklərdə daş YARADIR? - Tanınmış uroloqdan XƏBƏRDARLIQ

205176

“Hər 10 nəfərdən birində böyrək daşı yaranır. Amma böyrək daşına daha çox kişilərdə rast gəlinir”.

Bunu Bizim.Media-ya açıqlamasında Türkiyədə ixtisaslaşmış uroloq-androloq-cərrah, Bakı Sağlamlıq Mərkəzinin həkimi Zəbur Bağırov bilidirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Həkimdən XƏBƏRDARLIQ: “Bu simptomlar prostat xəstəliyinin əlamətləridir” – VİDEO 


Onun sözlərinə görə böyrək daşının yaranmasının əsas problemlərindən biri spirtli içki və kofeinin daha çox qəbuludur:

“Əlbəttə ki, daşın birinci yaranma səbəbi genetikdir. Ailədə daş xəstəsi varsa, bu ailənin övladları və nəvələri 40 yaşından sonra ən azı ultrasəs dediyimiz USM müayinəsindən keçməlidir. İlkin aşkar etdiyimiz daşlar xırda duz şəklində olarsa, onları müalicə etmək, parçalamaq və ya düşürmək şansımız var. Böyrək daşının yaranmaması üçün əsas faktorlardan biri maye, digəri isə qida qəbuludur. Qış aylarında 2,  yay aylarında isə 2,5 litr su içmək lazımdır. Protein qidalardan uzaq durmaq vacibdir. İdmançılarda böyrək daşı daha çox rast gəlinir. Buna səbəb protein qidalardan istifadə etmələridir”. 

Maraqlıdır, böyrəklərdə şiş, kista və daşlar aşkarlanarsa, əməliyyat mütləqdirmi?

Tanınmış həkim bu məsələyə belə aydınlıq gətirib:

Böyrəklərdə olan şişlər, kista və daşlar demək olar ki, ağrı vermir. Təsadüfi ultrason və tomoqrafiya olunarkən müşahidə olunur. Böyrək kistaları qorxusuzdur. Mən 10 sm-ə qədər olan kistaları əməliyyat etmirəm. 6 aydan bir analiz və USM ilə izləyirəm. 10 sm-dən sonra olan kistalara ona görə əməliyyat tövsiyə edirəm ki, kistanın partlaması və ya hansısa travma yaranması ehtimalı var. Belə xəstələrə də özlərini travmalardan qorumalarını məsələhət bilirəm. Erkən diaqnoz qoya biliriksə, orqanqoruyucu əməliyyatlar icra edə bilirik”. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO