Daşkəsəndə qayınanasını öldürən gəlin evdən qaçdı – Dəhşətli qətlin TƏFƏRRÜATI – FOTO

Daşkəsəndə qayınanasını öldürən gəlin evdən qaçdı – Dəhşətli qətlin TƏFƏRRÜATI – FOTO

Hazırda oxunan: Daşkəsəndə qayınanasını öldürən gəlin evdən qaçdı – Dəhşətli qətlin TƏFƏRRÜATI – FOTO

205174

İyulun 27-də Daşkəsən rayonunun Xoşbulaq kəndində gəlni tərəfindən balta xəsarəti alan 1958-ci il təvəllüdlü Tahirə Qurbanova həkimlərin səyinə baxmayaraq dünyasını dəyişib. 

Bizim.Media-nın Daşkəsənə ezam olunan yerli bürosunun məlumatına görə, Xoşbulaq kəndində onunla eyni ünvanda yaşayan gəlini, 1982-ci il təvəllüdlü Səidə Həsənova qaynanasının baş nahiyəsinə balta ilə zərbələr endirərək xəsarət yetirib və hadisə yerindən qaçıb. Xəstəxanada 8 gün müalicə alan Qurbanova aldığı xəsarətlərdən dünyasını dəyişib. 

Bu gün mərhumun yaşadığı ünvanda dəfn mərasimi keçirilib. 

Mərhumun qonşusu, Xoşbulaq kənd sakini Duman Abbasovun bildirdiyinə görə, Tahirə Qurbanovanın iki oğlu var və hər ikisinin ailəsi onunla birgə yaşayırmış: 

“Oğlanları Rusiyada çalışdıqları üçün mərhum gəlinləri ilə eyni evdə qalırmış. Səidə Həsənova mərhumun oğlu Nofəlin ikinci həyat yoldaşı imiş və toydan sonra onu özü ilə Rusiya Federasiyasına aparıb. Lakin bir müddət sonra Səidə Daşkəsənə, ərinin evinə qayıdıb”. 

D.Abbasov bildirib ki, hadisəni törətdikdən sonra Səidə Həsənova evdən qaçıb:

“Mən onları bir yerdə dəfələrlə Gəncəyə qayıdarkən maşınla aparmışam. Kənddə də Tahirə xanımı hamı sakit, təmkinli bir insan kimi tanıyırdılar. Səhv etmirəmsə, Səidə ötən ilin oktyab-noyabr ayında bu ailəyə gəlin köçüb. Ailə daxilində vəziyyət necə olub deyə bilmərəm, amma belə xüsusi davaları olduğunu eşitməmişəm. Normal yola gedirdilər. Hadisənin niyə baş verdiyini biz də anlaya bilmirik”. 

Hazırda hadisəni törədərək qaçan S. Həsənovanın tapılması istiqamətində işlər davam etdirilir. Kənd sakinlərinin bildiridiyinə görə Nofəl də Səidənin 2-ci evliliyidir. 

Faktla bağlı Daşkəsən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə açılan cinayət işinin istintaqı aparılır.












Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO