Qusarda 1 şagirdi olan məktəb bağlandı – FOTO

Qusarda 1 şagirdi olan məktəb bağlandı – FOTO

Hazırda oxunan: Qusarda 1 şagirdi olan məktəb bağlandı – FOTO

205171

Qusar rayonunun Çətkün kənd ibtidai məktəbi 2024-2025-ci tədris ilindən etibarən ləğv olunacaq.

Bu barədə Bizim.Media-nın yerli bürosuna Quba-Xaçmaz Regional Elm və Təhsil İdarəsinin Qusar təhsil sektorundan məlumat verilib.

Məlumata görə, elm və təhsil naziri Emin Əmrullayev bununla bağlı mayın 16-da əmr imzalayıb.

Belə ki, Çətkün məktəbinin bir şagirdi ötən dərs ilində Çiləgir kənd məktəbinə yerdəyişmə etdiyindən ibtidai təhsil müəssisəsi öz fəaliyyətini keçən ildən dayandırmışdı. Məktəbin bir müəllimi isə Qusar şəhərindəki 1 saylı tam orta məktəbə təyinat alıb.


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO