Noyabrda məktəblərdə 17 gün TƏTİL OLACAQ

Noyabrda məktəblərdə 17 gün TƏTİL OLACAQ

Hazırda oxunan: Noyabrda məktəblərdə 17 gün TƏTİL OLACAQ

205138

Xəbər verdiyimiz kimi, Nazirlər Kabinetinin qərarı ilə ölkəmizdə fəaliyyət göstərən orta məktəblərdə (xüsusi təhsil müəssisələri istisna olmaqla) payız tətilinin vaxtı dəyişib.

Bizim.Media xəbər verir ki, sözügedən qərara əsasən, ümumi təhsil pilləsi üzrə 2024-cü il noyabrın 12-dən 22-dək payız tətili olacaq.

Noyabrın 9-10-nu və 23-24-ü şənbə və bazar günlərinə təsadüf edir. Həmçinin 8 Noyabr Zəfər Günü və 9 Noyabr Dövlət Bayrağı Günü qeyri-iş günləridir. 9 noyabr şənbə gününə düşdüyü üçün 11 noyabr da qeyri-iş günü olacaq.
 

Beləliklə, orta məktəblərdə tətil ümumilikdə 8 noyabrda başlayacaq və tam 17 gün – 25 noyabra qədər davam edəcək.


Noyabrın 25-i tətildən sonra ilk dərs günü olacaq.

Qeyd edək ki, noyabrda həftəsonlarını da nəzərə alsaq, cəmi 10 gün dərs günü olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO