Bərdədə baş verən qətlin bəzi təfərrüatları məlum olub.
Bizim.Media “report.az”a istinadən xəbə verir ki, qətli törətməkdə təqsirləndirilən İbrahimov Azər Rəşid oğlu epilepsiya xəstəsi olub.
MÖVZU İLƏ BAĞLI:
Bərdədə ailə dramı: Kişi qardaşı arvadını qətlə yetirdi
Qardaşı ilə bir yerdə yaşayan A.İbrahimov xəstəliyi ilə əlaqədar olaraq evdə mütəmadi narahatlıq yaradırmış.
Bu gün səhər ailə münaqişəsi zəminində baş verən mübahisə zamanı o, qardaşı arvadına balta ilə xəsarət yetirərək öldürüb.
Azər İbrahimov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb, faktla bağlı cinayət işi başlanılıb.
Bizim.Media