Bəzi yerlərdə 36 dərəcə isti olub – FAKTİKİ HAVA

Bəzi yerlərdə 36 dərəcə isti olub – FAKTİKİ HAVA

Hazırda oxunan: Bəzi yerlərdə 36 dərəcə isti olub – FAKTİKİ HAVA

205114

Avqustun 5-i saat 9:00-a olan məlumata görə əvvəlcədən xəbər verildiyi kimi, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 36, Naxçıvan MR-da 37, Aran rayonlarında 38, dağlıq rayonlarda isə 29 dərəcəyədək isti olub. 

Bizim.Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. 
 

Bildirilib ki, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib. Lakin axşam Quba-Qusar bölgəsinin dağlıq ərazilərində qısamüddətli yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə leysan xarakterli olub. 


Düşən yağıntının miqdarı Qusarda (Laza) 32 mm, Qrızda 5 mm, Qubada 4 mm-dək olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO