Musiqi ədəbiyyatı fənni üzrə test imtahanı keçirildi

Musiqi ədəbiyyatı fənni üzrə test imtahanı keçirildi

Hazırda oxunan: Musiqi ədəbiyyatı fənni üzrə test imtahanı keçirildi

205028

Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusu və Naxçıvan Dövlət Universitetində elektron formada 18, 20, 24, 27, 29, 30, 73 və 75-ci komissiyaya aid musiqi ədəbiyyatı fənni üzrə test imtahanı keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

Bildirilib ki, imtahanda Bakıda 154, Naxçıvanda 6 abituriyent olmaqla, ümumilikdə 160 abituriyent iştirak edib.

Abituriyentlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin sabah gün ərzində DİM-in saytında yerləşdiriləcək. Bakıda keçirilən imtahanda 133, Naxçıvanda isə 4 nəfər müvəffəqiyyət əldə edib.

İxtisaslar üzrə fənlərinin uyğunluğu və keçid balları burada təqdim edilib.

Qiymətləndirmə 10 ballıq şkala üzrə aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO